XİN rəhbəri Azərbaycan şirkətlərini Moldovaya investisiya yatırmağa dəvət edib

Tarix: 06 Mar 2026 13:30

Azərbaycan-Moldova münasibətləri enerji sahəsində və digər sahələrdə inkişaf etdiriləcək.

APA xəbər verir ki, bunu Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan 2022-ci ildə enerji böhranında Moldovaya dəstək verib: “Buna görə Azərbaycan hökumətinə təşəkkür edirik. Azərbaycanla sadəcə təbii qaz sahəsində deyil, “yaşıl enerji” sahəsində də əməkdaşlıq etmək niyyətindəyik. Azərbaycan şirkətlərini Moldovaya investisiya yatırmağa dəvət edirik. Moldova layihələrin benefisiar olması üçün əlindən gələni etməyə hazırdır”.

Firuzə Vahid

Xəbər Lenti