Şənbə, 7 Mart, 2026
Tarix: 06 Mar 2026 15:09
Bu ilin yanvar-fevral ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 3 milyard manatdan çox vergi daxil olub ki, bu da proqnozdan 79,4 milyon manat çoxdur.
"APA-Economics" bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 2 milyard 286,5 milyon manatdan çox olub və büdcəyə proqnozdan əlavə 69,6 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 172,4 milyon manat və ya 8,2 faiz artıb.
2026-cı ilin yanvar-fevral aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 19,8 milyon manatdan çox olub, proqnozdan əlavə 20,8 mln. manata yaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 706,1 milyon manatdan çox olub.
İlahə Səlimova Dövlət Vergi Xidməti vergi daxilolmaları