BP “Şahdəniz” üzrə “Lukoil” ilə əməkdaşlıq məsələsinə aydınlıq gətirib

Tarix: 06 Mar 2026 19:06

BP sanksiyalar fonunda “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi layihəsi çərçivəsində Rusiyanın “Lukoil” şirkəti ilə əməkdaşlıq məsələsinə aydınlıq gətirib.

“APA-Economics”in xəbərinə görə, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə regional prezidenti Ciovanni Kristofoli media nümayəndələri ilə görüşü zamanı bildirib ki, şirkət beynəlxalq sanksiyalara riayət olunmasını təmin etmək üçün İranın NICO şirkəti ilə olduğu kimi, bu kontekstdə "Lukoil" ilə də əməkdaşlıq edir.

Ciovanni Kristofoli qeyd edib ki, sanksiyalar "Lukoil"a təsir etdikdə, BP SOCAR, "Lukoil", Avropa İttifaqı və ABŞ-la birlikdə saziş və iş mexanizmi hazırlamaq üçün çalışıb.

"Bu razılaşma "Şahdəniz"dəki əməliyyatların sanksiyalara tam uyğun şəkildə davam etməsinə imkan verir", - regional prezident bildirib.

Emil İsmayılov neft BP Lukoil Şahdəniz

Xəbər Lenti