Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 17 Feb 2024 03:31
Keçmiş ABŞ prezidenti Barak Obamanın həkimi olmuş respublikaçı konqresmen Ronni Cekson 80-dən çox həmkarı ilə birlikdə hazırkı Amerika lideri Co Baydenə məktub yazaraq onu koqnitiv testdən keçməyə və nəticələri Amerika xalqına bildirməyə çağırıb.
APA-nın verdiyi məlumata görə, Cekson mesajında qeyd edir ki, o, keçmiş prezidentlərin həkimi kimi bunun çox ağır iş olduğunu bilir. Eyni zamanda, o qeyd edir ki, prezidentin sağlamlığının yerində olmaması ölkənin mövcudluğunu təhdid edə bilər.