Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 17 Feb 2024 22:36
Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) yeni nəsil hava müşahidə peyki olan “INSAT-3DS”i kosmosa uğurla buraxıb.
APA xəbər verir ki, bu barədə ISRO-nun X (keçmiş tviter) səhifəsində məlumat paylaşılıb.
Çəkisi 2274 kiloqram olan “INSAT-3DS” üçüncü nəsil meteoroloji peykdir və geostasionar orbitdə yerləşdiriləcək. Missiyanın məqsədi hərtərəfli meteoroloji müşahidələrin aparılmasıdır.