Rusiyanın 18-ci Ordusunun komandir müavini Ukraynada döyüşdə ölüb

Tarix: 18 Feb 2024 12:09

Rusiyanın 18-ci Ordusunun komandir müavini, qvardiya polkovniki Maqomedali Maqomedjanov Ukraynada döyüşlər zamanı yaralanıb və Sevastopolda xəstəxanada ölüb.

APA-nın xəbərinə görə, bu barədə Dağıstan İctimai Palatası məlumat yayıb.

Qeyd olunur ki, Dağıstanın Rutulski rayonunun Xlut kəndindən olan Maqomedali Maqomedjanov çərşənbə günü, fevralın 14-də Ukraynada hərbi əməliyyat zonasında yaralanıb və xəstəxanada dünyasını dəyişib.

Xəbər Lenti