Çin ABŞ esminesini Çinin ərazi sularından çıxarıb

Tarix: 25 Nov 2023 20:58

Çin hərbçiləri Cənubi Çin dənizindəki Çin ərazi sularına daxil olan Amerikanın “USS Hopper” esminesini sıxışdırıblar.

APA-nın məlumatına görə, bu barədə CGTN telekanalı Çin Xalq Azadlıq Ordusunun cənub döyüş komandanlığına istinadən məlumat yayıb.

Qeyd olunur ki, Çin ordusu xarici gəmini izləmək və xəbərdarlıq etmək üçün dəniz və hava qüvvələrini səfərbər edib.

Xəbər Lenti