Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 19 Feb 2024 12:10
Ermənistanın nəqliyyat və kommunikasiyalar nazirinin sabiq müavini Hayk Çşmarityanın əmlakı müsadirə oluna bilər.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Baş Prokurorluq 15 milyard dramdan yuxarı məbləğin, 7 daşınmaz əmlakın, 1 nəqliyyat vasitəsinin dövlətin xeyrinə müsadirə edilməsi tələbini irəli sürüb.
Xatırladaq ki, sabiq nazir müavininin adı Ermənistanda irimiqyaslı korrupsiya qalmaqalında hallanır. Ölkənin Gömrük Komitəsinin sabiq rəhbəri Armen Avetisyanın külli miqdarda çirkli pulların yuyulması ilə bağlı istintaqa cəlb olunmasından sonra onun qohumu olan Çşmarityan həmin prosesin iştirakçılarından biri kimi şübhəli bilinməsi səbəbindən 2005-ci ildə Baş nazirin qərarı ilə tutduğu vəzifədən azad olunub.