KİV: ABŞ Ukraynanın daha gücü ballistik raketlərlə təmin edilməsi üzərində çalışır

Tarix: 19 Feb 2024 18:52

Bayden administrasiyası Ukraynanın yeni uzunmənzilli və daha gücü ballistik raketlərlə təmin edilməsi üzərində çalışır.

APA xəbər verir ki, bu barədə NBC News adı açıqlanmayan iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ ötən il Ukraynanın taktiki raket sistemləri ilə təmin edilməsinə başlayıb, lakin bu vaxtadək Kiyevə yalnız köhnə və ortamənzilli ATACMS-lər göndərilib.

Qeyd edilib ki, indi ABŞ Ukraynaya Krım yarımadasının dərinliklərinə zərbə endirmək imkanına malik daha uzunmənzilli versiyaların göndərilməsi üzərində çalışır.

Xəbər Lenti