Rusiya səfiri Almaniya XİN-ə çağırılıb

Tarix: 19 Feb 2024 18:48

Aleksey Navalnının ölümü ilə əlaqədar Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA xəbər verir ki, bu barədə Almaniya XİN-in mətbuat katibi bildirib.

O qeyd edib ki, Navalnıya və Rusiya hökumətinin digər tənqidçilərinə qarşı siyasi motivli prosedurlar, həmçinin qeyri-insani həbsxana şəraiti Rusiya ədliyyə sisteminin dissidentlərə qarşı necə davrandığını göstərir: "Biz bunu ən şiddətli şəkildə qınayırıq və Rusiyada siyasi səbəblərdən bütün saxlanılanların təcili azadlığa buraxılmasına çağırırıq".

Xəbər Lenti