İran xarici işlər naziri ölkəsinin Azərbaycan və Ermənistandakı səfirləri ilə görüşüb

Tarix: 26 Nov 2023 01:40

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və Ermənistandakı səfiri Mehdi Sübhani ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Hüseyn Əmir Abdullahian “X” hesabında paylaşım edib.

Görüşdə Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub. İranın qonşuluq siyasəti çərçivəsində Azərbaycan və Ermənistan ilə əlaqələrin inkişafına səy göstərdiyi qeyd edilib.

Xəbər Lenti