Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 26 Nov 2023 02:51
Şimali Koreya lideri Kim Çen In KXDR-in yeni “casus peyki” tərəfindən çəkilmiş fotoşəkillərlə tanış olub. Onlar Cənubi Koreyanın paytaxtı Seul və ABŞ hərbi bazalarının yerləşdiyi şəhərlər də daxil olmaqla “əsas əraziləri” təsvir edir.
APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, fotolar peyk cümə günü səhər saatlarında yarımadanın üzərində uçarkən çəkilib.
Kim cümə günü Pxenyanda Milli Aerokosmik Texnologiyalar Administrasiyasının (NATA) idarəetmə mərkəzinə səfəri zamanı fotoşəkillərə, eləcə də Şimali Koreyanın bəzi hissələrinə baxıb.