Putin Kim Çen Ina Rusiya istehsalı olan avtomobil hədiyyə edib

Tarix: 20 Feb 2024 04:36

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina Rusiya istehsalı olan avtomobil hədiyyə edib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Marka və model göstərilməyib.

KCNA-nın qeyd etdiyi kimi, Kim Çen In üçün hədiyyəni fevralın 18-də onun bacısı, Koreya Fəhlə Partiyasının (WPK) Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Conq qəbul edib. O, Putinə minnətdarlığını çatdırıb.

Xəbər Lenti