ABŞ və İsrail müdafiə nazirləri girovların azad edilməsi prosesini müzakirə ediblər

Tarix: 26 Nov 2023 06:13

ABŞ müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalant ilə telefon danışığında girovların azad edilməsi qərarını alqışlayıb və bu qərarın Qəzza zolağına humanitar yardım və yanacaq tədarükünün artmasına səbəb olacağını vurğulayıb.

APA-nın məlumatına görə, bunu Pentaqonun mətbuat katibi Patrik Rayder açıqlamasında deyib.

Eyni zamanda, Ostin razılığın əldə olunmasında İsrail, Qətər və Misir hökumətlərinin mühüm rolunu qeyd edib.

Pentaqon rəhbəri həmçinin Livandan İsrailə qarşı sərhədyanı hücumları pisləyib və ABŞ-ın Qəzza zolağındakı münaqişənin Livana keçməsinin qarşısını almaqda maraqlı olduğunu təsdiqləyib.

Xəbər Lenti