Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 20 Feb 2024 06:11
BMT Təhlükəsizlik Şurasının Rusiyanın təklifi ilə çağırılan və terrorizmlə mübarizəyə həsr olunmuş “Arria formulu” üzrə qeyri-rəsmi iclası fevralın 20-dən qeyri-müəyyən müddətə təxirə salınıb.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.
“Sizə bildirmək istərdik ki, BMT Təhlükəsizlik Şurasının iş qrafikində dəyişikliklərlə əlaqədar bu iclas növbəti bildirişə qədər təxirə salınıb”, - deyə bəyanatda bildirilir.