Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 20 Feb 2024 07:49
ABŞ Nümayəndələr Palatasının qanunvericiləri Brian Fritspatrik və Ceyred Qolden Ukrayna və İsrailə yardım göstərmək üçün qanun layihəsinin alternativ variantını təklif ediblər.
APA-nın xəbərinə görə, bu barədə onların “The Hill” nəşrinə istinadən yaydığı məktubda deyilir.
Millət vəkilləri həmkarlarını qanun layihəsini dəstəkləməyə çağırıblar.
“Ukraynanın mövqeyi təhlükə altındadır. Sursatları qurtarıb geri çəkilirlər. Bu, Konqresdəki çıxılmaz vəziyyətin birbaşa nəticəsidir”, - məktubda deyilir.
Onların fikrincə, Ukrayna Amerikadan silah və sursat almasa, “uğursuzluğa düçar olabilər”.
Alternativ qanun layihəsi Ukrayna üçün təxminən 47 milyard dollar maliyyə yardımı təklif edir.