Hindistanda fişəng fabrikində baş vermiş partlayışda 23 nəfər ölüb

Tarix: 20 Apr 2026 00:16

Hindistanın Tamil Nadu əyalətində fişəng istehsalı fabrikində baş verən partlayış nəticəsində azı 23 nəfər həlak olub.

Bu barədə “Asian News International” (ANI) məlumat yayıb.

Məlumata görə, partlayış ştatın Virudhunagar rayonundakı fişəng fabrikində baş verib.

Hadisə nəticəsindən altı nəfərin ağır yaralandığı və reanimasiyaya yerləşdirildiyi bildirilir.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Hindistan fişəng

Xəbər Lenti