Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 30 Nov 2023 03:31
İsrail-Fələstin məsələsi ilə bağlı yaradılan təmas qrupu Nyu-Yorkda müzakirələr aparıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təmas qrupuna Türkiyənin xarici işlər naziri Hakan Fidan da daxildir.
Onun Çinin xarici işlər naziri Van İ və BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşü baş tutub.
Görüşdə İsraillə Fələstin arasında baş verən son hadisələr müzakieə olunaraq, mövcud problemin həlli barədə danışılıb.
Xatırladaq ki, təmas qrupu noyabrın 11-də yaradılıb. Bura Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, İndoneziya, Qətər, İordaniya, Fələstin nümayəndələri, Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt də daxildir.