İran və Oman Hörmüz boğazında birgə təlim keçirib

Tarix: 30 Nov 2023 13:59

İran və Omanın dəniz qüvvələri Hind okeanının şimalında və Hörmüz boğazında birgə dəniz xilasetmə təlimi keçirib.

APA xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Bir günlük təlimdə iki ölkənin hərbi helikopterləri, İranın pilotsuz təyyarələri, Ordu Hərbi Hava Qüvvələrinin kəşfiyyat təyyarələri, hərbi və ticarət gəmiləri də iştirak edib.

Xəbər Lenti