- Bazar ertəsi, 6 Yanvar, 2025
Tarix: 29.03.2024 17:18
“Xalq Bank”ın idarə heyətinə yeni üzv təyin edilib.
“APA-Economics”ın əldə etdiyi məlumata görə, bankın Kredit İdarəsinin rəisi Azər Nurəddin oğlu Cəlilzadə İdarə Heyətinin yeni üzvü təyin edilib.
Qeyd edək ki, “Xalq Bank” 2004-cü ildən fəaliyyət göstərir. Bankın aktivlərinin həcmi 3 milyard 82.5 milyon manat, balans kapitalı isə 504.2 milyon manatdır.