Ukraynada müharibə dövründə prezident seçkiləri keçirilməyəcək

Tarix: 30 Nov 2023 20:40

Ali Radanın bütün fraksiyaları Ukraynada müharibənin sonuna qədər seçkilərin keçirilməyəcəyi ilə bağlı razılığa gəliblər.

Bu barədə “Qafqazinfo” Ukrayna mətbuatına istinadən xəbər verir.

Belə ki, Ali Radanın bütün fraksiya və qrupları müharibə bitənə qədər Ukraynada seçkilərin (nə prezident, nə də parlament) keçirilməməsi barədə sənəd imzalayıb. Onlar hərbi vəziyyətin ləğvindən sonra altı aydan gec olmayaraq keçiriləcək.

Xəbər Lenti