İsrail Qəzzada hərbi əməliyyatları bərpa etdi

Tarix: 01 Dec 2023 09:28

İsrailin Müdafiə Ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail ordusu yayıb.

Bildirilir ki, buna səbəb HƏMAS hərəkatının atəşkəs rejimini pozması və İsrail ərazisini atəşə tutması olub. 

Xatırladaq ki, noyabrın 24-dən Qəzzada İsraillə HƏMAS arasında müvəqqəti atəşkəs elan edilmişdi.

Xəbər Lenti