Ermənistanda sabiq korpus komandiri barəsində qətimkan tədbir dəyişib

Tarix: 01 Dec 2023 21:06

Ermənistan Müdafiə Nazirliyinin sabiq korpus komandiri barəsində qətimkan tədbiri dəyişilib.

APA xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Məhkəmə general-mayor Qriqori Xaçaturov barəsində girov və inzibati nəzarət qətimkan tədbiri seçib.

Qeyd edək ki, sabiq korpus komandiri külli miqdarda korrupsiya işində ittiham olunub.

Xəbər Lenti