Tramp: Düşünürəm ki, Putin və Zelenski görüşsəydi, əla olardı

Tramp: Düşünürəm ki, Putin və Zelenski görüşsəydi, əla olardı

Tarix: 05 Jun 2026 00:38

"Düşünürəm ki, onlar görüşsəydilər, əla olardı. Onlar bunu etməlidirlər".

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin görüşü ilə bağlı jurnalistlərə açıqlaması zamanı deyib.

Müharibəyə son qoymaq üçün Trampın Putini hansı güzəştlərə getməyə çağırdığı barədə suala isə ABŞ prezidenti cavab verməyib.

O, sadəcə hər iki tərəfin güzəştə getməli olduğunu deyib.

Mənbə: apa.az

Xəbər Lenti