ABŞ Almaniyaya “Tomahawk” raketlərinin verilməsini ləğv edə bilər

ABŞ Almaniyaya “Tomahawk” raketlərinin verilməsini ləğv edə bilər

Tarix: 05 Jun 2026 03:11

ABŞ administrasiyası Rusiyanın bu addımı eskalasiya kimi qəbul edə biləcəyindən narahat olduğu üçün Almaniyaya “Tomahawk” qanadlı raketlərinin verilməsi planlarından imtina edə bilər.

APA xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

"Qismən rəsmilərin Rusiyanın bunu eskalasiya kimi qəbul edəcəyindən narahatlığı səbəbilə Pentaqonun Almaniyaya “Tomahawk” raketlərinin göndərilməsi planlarını ləğv etməsi gözlənilir. Bu da ABŞ-ın böyük müttəfiqlərindən biri ilə uzun müddətdir planlaşdırılan razılaşmadan gözlənilməz bir sapma olardı", - məqalədə deyilir.

ABŞ Almaniya Tomahawk

Mənbə: apa.az

Xəbər Lenti