Cümə, 5 İyun, 2026
Tarix: 05 Jun 2026 10:19
Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasını enerji ilə təmin edən xəttin təmiri üçün Ukrayna və Rusiya arasında müvəqqəti lokal atəşkəs razılaşdırılıb.
Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) “X” səhifəsində məlumat yayıb.
“AEBA-nın vasitəçiliyi ilə Zaporojye AES yaxınlığındakı cəbhə xəttində lokal atəşkəs qüvvəyə minib. Bu, nüvə qəzası təhlükəsinin qarşısını almaq üçün vacib elektrik xəttinin təmirinə imkan yaradacaq”, — qurumun paylaşımında deyilir.
Qeyd olunub ki, bu, ötən ilin sonundan bəri AEBA -nın vasitəçiliyi ilə əldə olunan altıncı belə razılaşmadır.
İlqar Xudiyev AEBA Zaporojye AES Ukrayna Rusiya atəşkəsMənbə: apa.az