Rumıniya limanında partlayan dəniz dronunun Ukraynaya məxsus olduğu təsdiqlənib - YENİLƏNİB

Rumıniya limanında partlayan dəniz dronunun Ukraynaya məxsus olduğu təsdiqlənib - YENİLƏNİB

Tarix: 05 Jun 2026 16:40

Bu gün Rumıniyanın Konstansa limanında partlayan dəniz dronu Ukraynaya məxsus olub.

APA xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Qara dəniz əməliyyat zonasında tapşırıqların icrası zamanı Ukrayna HDQ-yə məxsus pilotsuz dəniz katerlərindən biri düşmənin radioelektron mübarizə vasitələrinin təsiri nəticəsində idarəetməni itirib və Rumıniya sahillərinə çıxıb”, — məlumatda deyilir.

***

12:38

Rumıniyanın Konstansa limanında pilotsuz aparat partlayıb, “Qırmızı müdaxilə planı” işə salınıb, ərazi tam mühasirəyə alınıb.

Bu barədə “DIGI24” Rumıniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət Ukraynadakı müharibədə istifadə olunan dəniz dronundan gedir.

Nazirlik bildirib ki, pilotsuz aparat iyunun 5-i səhər saatlarında Rumıniya Dəniz Xilasetmə Agentliyinin qərargahı yaxınlığında aşkarlanıb və təxminən saat 10:30-da partlayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd olunub ki, partlayış zamanı obyektin qiymətləndirilməsi və zərərsizləşdirilməsi prosesi aparılıb. Ərazi əvvəlcədən Rumıniya kəşfiyyat xidməti, Sahil Mühafizəsi və Müdafiə Nazirliyinin qüvvələri tərəfindən təcrid edilib.

Faktla bağlı araşdırma aparılır.

İlqar Xudiyev Rumıniya limanda partlayış dəniz pilotsuz aparatı
Rumıniya limanında partlayan dəniz dronunun Ukraynaya məxsus olduğu təsdiqlənib - YENİLƏNİB

Mənbə: apa.az

Xəbər Lenti