Cümə, 5 İyun, 2026
Tarix: 05 Jun 2026 16:11
Avropa ölkələri Rusiya-Ukrayna sülh danışıqlarında iştirak etməlidir.
APA xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Monteneqroda jurnalistlərə bildirib.
“Avropalılar müəyyən mərhələdə sülh planı üzrə danışıqlar masasında olmalıdır. Çünki coğrafiyanı nəzərə alsaq, söhbət avropalılar üçün sülh və təhlükəsizlik arxitekturasından gedir”, - o qeyd edib.
Fransa Prezidenti Ukraynanın müqavimətinin danışıqlara təsirinə diqqət çəkib.
“Altı ay əvvəl Ukraynanın çökəcəyini, qışı keçə bilməyəcəyini və qəbuledilməz şərtlərlə tez razılaşmalı olduğumuzu deyənlərin hamısı yanıldı. Ukraynalılar güc və cəsarətlə onları bir daha səhv çıxardılar”, — Makron vurğulayıb.
Fransa Prezidenti qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya lideri Vladimir Putinə ünvanladığı açıq məktub Ukrayna nizamlanması üzrə irəliləyiş əldə etməyə imkan yarada bilər.
“Düşünürəm ki, bu yaxşı təşəbbüsdür və danışıqların yenidən başlaya bilməsi müsbət haldır”, — Makron əlavə edib.
İlqar Xudiyev Makron Fransa Avropa Rusiya-Ukrayna müharibəsi sülh danışıqlarıMənbə: apa.az