Cümə, 5 İyun, 2026
Tarix: 05 Jun 2026 16:09
Avropa İttifaqı (Aİ) iyunun 11-də Gürcüstanla dialoq aparmağı planlaşdırır.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Avropa bürosunun redaktoru Rikard Yozviak "X" hesabında yazıb.
O qeyd edib ki, vacib görüşdə vizasız rejimin mümkün dayandırılması müzakirə olunacaq.
Rikard Yozviakın məlumatına əsasən, Avropa Komissiyası dekabrda viza üzrə illik hesabat təqdim edəcək, yanvarda isə üzv ölkələr qərar qəbul etməli olacaqlar.
Cəmilə Babayeva Aİ Gürcüstan dialoq vizasız rejimin ləğviMənbə: apa.az