Cümə, 5 İyun, 2026
Tarix: 05 Jun 2026 18:23
Ukrayna Prezidenti Volodimir Zelenski və Avropanın üç lideri Rusiyanı danışıqlar masasına gətirmək yollarını müzakirə etmək üçün bu həftə görüşəcəklər.
Bu barədə “Bloomberg” Fransa Prezidenti Emmanuel Makrona istinadən məlumat yayıb.
Makron bildirib ki, yaxın günlərdə Fransa, Böyük Britaniya və Almaniya liderləri Zelenski ilə görüş keçirəcək.
Məlumata görə, görüş bazar günü axşam Böyük Britaniyada baş tuta bilər.
Bildirilir ki, görüşün əsas məqsədi sülh prosesinin aktivləşdirilməsi üçün mexanizmlərin axtarışı olacaq.
İlqar Xudiyev Ukrayna Rusiya Fransa Böyük Britaniya Almaniya sülh danışıqlarıMənbə: apa.az