Cümə, 5 İyun, 2026
Tarix: 05 Jun 2026 18:12
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Oman dənizində ABŞ hərbi gəmilərinə xəbərdarlıq atəşi açması və Amerika gəmilərini Hind okeanına doğru geri çəkilməyə məcbur etdiyi barədə iddiaları təkzib edib.
APA xəbər verir ki, bu barədə CENTCOM açıqlama yayıb.
Açıqlamada bildirilir ki, İran qüvvələri ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücum etməyib və atəş açmayıb.
“Belə bir addım atəşkəsin kobud şəkildə pozulması olardı”, — açıqlamada qeyd olunub.
Komandanlıq əlavə edib ki, ABŞ qüvvələri region sularında fəaliyyətini sərbəst şəkildə davam etdirir və İrana qarşı tətbiq olunan blokadanın icrasını təmin edir.
***
15:56
İran Oman dənizində ABŞ hərbi gəmilərinə raket və dron hücumu edib.
“Tasnim”in xəbərinə görə, bu barədə İran ordusu bəyanat yayıb.
Qeyd edilib ki, “Qədir” tipli raket və yeni növ dronlar xəbərdarlıq məqsədilə ABŞ-ın Oman dənizindəki “DDG-103” və “DDG-87” adlı esminesləri istiqamətində buraxılıb.
Bildirilib ki, bundan sonra həmin esmineslər Hind okeanına doğru çəkilib.
Bundan başqa, ABŞ-a məxsus helikopterdaşıyan amfibiya tipli “Tripoli” gəmisi də Oman dənizini tərk edib.
İran ordusu ABŞ-ın “dəniz quldurluğuna” davam edəcəyi təqdirdə, gələcəkdə daha uzunmənzilli raketlərdən istifadə olunacağı ilə bağlı xəbərdarlıq edib.
İlqar Xudiyev İran ABŞ Oman dəniziMənbə: apa.az