Putin: Rusiya və Ukrayna öz aralarında əsas məsələləri həll etməlidir

Putin: Rusiya və Ukrayna öz aralarında əsas məsələləri həll etməlidir

Tarix: 05 Jun 2026 19:44

Rusiya və Ukrayna əsas məsələləri öz aralarında həll etməlidirlər, digərləri isə şərait yarada və qarant kimi çıxış edə bilərlər.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Sankt-Peterburq beynəlxalq iqtisadi forumunun plenar iclasında Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli üzrə səylərini şərh edərkən bildirib.

Putin vurğulayıb ki, Ukraynanın infrastruktura hücumları Rusiyaya müəyyən ziyan vurur.

Onun sözlərinə görə, bu, yalnız bir şey deməkdir, belə ki, Rusiya hava hücumundan müdafiəsini gücləndirməlidir.

Putin əlavə edib ki, hazırda və yaxın gələcəkdə Rusiya iqtisadiyyatı üçün heç bir təhdid görmür.

O, Ukraynadakı hərbi əməliyyatların Rusiya öz məqsədlərinə çatdıqda başa çatacağını vurğulayıb.

Fərid Əkbərov

Mənbə: apa.az

Xəbər Lenti