Cümə, 5 İyun, 2026
Tarix: 05 Jun 2026 20:16
İranın Fars vilayətinin Baladə şəhərində 4,8 maqnitudalı zəlzələ qeydə alınıb.
APA-nın Tehran bürosunun məlumatına görə, zəlzələ bu gün saat 19:08-də yerin 8 kilometr dərinliyində baş verib.
Hazırkı mərhələdə zəlzələ nəticəsində mümkün zərər və ya itkilərlə bağlı məlumat daxil olmayıb.
Haşim RahimiMənbə: apa.az