Şənbə, 6 İyun, 2026
Tarix: 06 Jun 2026 00:38
İsrail ordusu son bir həftə ərzində Livan ərazisində “Hizbullah”a məxsus 650-dən çox obyektə zərbələr endirdiyini bildirib.
APA ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Livanın cənub bölgələrinə endirilən hücumlar zamanı “Hizbullah”ın silahlı dəstələrinin 125-dən çox üzvü öldürülüb.
Qeyd olunub ki, aprelin 17-dən etibarən İsrail və Livanın cənubunda fəaliyyət göstərən “Hizbullah” arasında formal atəşkəs qüvvədə olsa da, tərəflər sərhəd bölgələrində vaxtaşırı qarşılıqlı zərbələr endirməyə davam edirlər.
İsrail Livan Hizbullah Yaxın Şərq
Mənbə: apa.az