Şənbə, 6 İyun, 2026
Tarix: 06 Jun 2026 00:16
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna və Rusiya müharibənin başa çatdırılması ilə bağlı məsələləri özləri həll etməlidirlər.
APA-nın məlumatına görə, o, jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, tərəfləri hazırkı mərhələyə gətirən məhz ABŞ olub.
“Qoy bununla özləri məşğul olsunlar. Mən onları bu nöqtəyə gətirdim və düşünürəm ki, məsələ həll olunacaq”, – deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında münaqişənin həll olunacağı məqama yaxınlaşılır.
Donald Tramp ABŞ Ukrayna Rusiya sülh danışıqları müharibə
Mənbə: apa.az