Ermənistan MSK “Güclü Ermənistan” blokunun qeydiyyatının ləğvi tələbini rədd edib

Ermənistan MSK “Güclü Ermənistan” blokunun qeydiyyatının ləğvi tələbini rədd edib

Tarix: 06 Jun 2026 02:24

Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) “Respublika” Partiyasının “Güclü Ermənistan” partiyalar blokunun seçki siyahısının qeydiyyatının etibarsız sayılması ilə bağlı müraciətini rədd edib.

Xatırladaq ki, müvafiq tələblə MSK-ya məhz “Respublika” Partiyası müraciət etmişdi.

Bundan əvvəl Mərkəzi Seçki Komissiyası “Güclü Ermənistan” blokuna qarşı irəli sürülmüş daha bir vəsatəti də yekdilliklə rədd etmişdi. Həmin müraciət hüquq-mühafizə orqanlarına seçicilərin ələ alınması ilə əlaqəli olduğu iddia edilən cinayət işləri barədə məlumatların təqdim olunmasını nəzərdə tuturdu.

Ermənistan Güclü Ermənistan Respublika Partiyası seçkilər

Mənbə: apa.az

Xəbər Lenti