Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

Tarix: 06 Jun 2026 16:12

Ukraynanın PUA hücumu nəticəsində Rusiyanın Krasnodar diyarının Ust-Labinsk şəhərindəki neft anbarında güclü yanğın baş verib.

APA xəbər verir ki, bu barədə diyarın təcili yardım qərargahı məlumat yayıb.

Ust-Labinskdəki neft anbarına PUA hücumu nəticəsində baş verən yanğının söndürülməsi üçün Rusiya Fövqəladə Hallar Nazirliyinin qüvvələri, o cümlədən 54 texnika cəlb olunub.

Məlumata görə, neft anbarında yanğın təxminən 5000 kvadratmetr sahəni əhatə edir.

Hücum nəticəsində ölüm faktı qeydə alınmayıb.

Krasnodar neft anbarı dron hücumu yanğın

Mənbə: apa.az

Xəbər Lenti