KİV: İsrail ordusu İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə hücum edib

Tarix: 02 Dec 2023 04:15

İsrail Müdafiə Qüvvələri (IDF) İordan çayının qərb sahilindəki şəhərlərə hücum edib.

APA xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

Bildirilib ki, İsrail qoşunları Cenin, Qalkilya və Hebron şəhərlərinə reydlər və basqınlar həyata keçirir, həmçinin Fələstin vətəndaşlarının həbs olunduğu Nablus və Salfit yaxınlığında yerləşən yaşayış məntəqələrində hərbi əməliyyatlar aparır.

Bundan əlavə, Qəzza zolağında İsrail Müdafiə Qüvvələrinin əsgərləri ilə Fələstin müqavimət döyüşçüləri arasında toqquşmaların olduğu bildirilir.

Livanın “Al Mayadeen” telekanalı bildirb ki, Fələstin anklavının şimal-qərbində məskunlaşan ərazilərdə küçə döyüşləri gedir və İsrail Hərbi Dəniz Qüvvələri “Qəzzanın cənubunda Xan Yunis və Rəfah yaxınlığındakı sahil xəttini intensiv atəşə tutur.

Oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

Bu, sərhədyanı qəsəbələrin sakinlərinin kütləvi qırğınları və uşaqların da daxil olduğu 240-a yaxın girov götürülməsi ilə müşayiət olunub. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar.

Xəbər Lenti