Rusiya Ukraynanın iki mülki xilasetmə katerini vurub, xəsarət alanlar var

Rusiya Ukraynanın iki mülki xilasetmə katerini vurub, xəsarət alanlar var

Tarix: 07 Jun 2026 02:31

Rusiya ordusu Qara dənizdə Ukraynanın iki mülki axtarış-xilasetmə katerinə hücum edib.

APA xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini, icmaların və ərazilərin inkişafı naziri Oleksiy Kuleba məlumat verib.

"Rusiya Ukrayna dəniz dəhlizi daxilində humanitar missiya yerinə yetirən Dəniz Axtarış-Xilasetmə Xidmətinin iki katerinə zərbə endirib. Təəssüf ki, yaralananlar var. Ukrayna Hərbi Dəniz Qüvvələrinin qayıqları tərəfindən təxliyə davam edir", - o bildirib.

Nazir onu da qeyd edib ki, kiçik sahil axtarış-xilasetmə katerləri beynəlxalq humanitar hüquqa əsasən xüsusi qorunma altındadır.

Məlumata görə, hər iki kater beynəlxalq hüquqa uyğun olaraq müvafiq rənglər və Axtarış-Xilasetmə mənasını verən SAR işarələri ilə işarələnib.

Rusiya Ukrayna kater

Mənbə: apa.az

Xəbər Lenti