Belçika Baş naziri: İqlim dəyişikliyini inkar edənlər dünyada baş verənlərə baxmalıdır

Tarix: 02 Dec 2023 13:45

“Verilən vədləri reallaşdırmağın, problemlərdən yox, həll yollarından danışmağın vaxtıdır”.

APA xəbər verir ki, bunu Dubayda keçirilən BMT İqlim Dəyişikliyi Konfransında çıxışında Belçika Baş naziri Alekdandr De Kroo deyib.

O, iqlim dəyişikliyini inkar edənlərlə bağlı bildirib ki, bu çağırşlara, elmə, faktlara inanmayanlar dünyada baş verənlərə baxmalıdır.

"İqlim dəyişikliyi ilə bağlı fövqəladə vəziyyətlə üzləşirik", – Baş nazir əlavə edib.

Belçika hökumət başçısı deyib ki, 2050-ci ilə qədər karbon neytral ölkəyə çevrilmək üçün yaşıl keçid çox vacibdir.

Baş nazir de Kroo onu da vurğulayıb ki, onun ölkəsinin iqlim dəyişkliyi ilə mübarizəyə ayırdığı vəsait 150 milyon avroya qədər artıb. O qeyd edib ki, Belçika hökuməti innovativ mexanizmlərlə bağlı digər ölkələrə də dəstək verir.

"Əgər birgə işləsək, bu çətinliyin öhdəsindən gələ bilər və onun nəticələrini nəzarətə ala bilərik".

Diplomat COP28 konfransının ən vacib nəticələrindən biri kimi etimadın yaranması olduğunu vurğulayıb: "Paris İqlim Razılaşmasını reallaşdırmaq üçün etimada ehtiyacımız var".

Xəbər Lenti