Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 02 Dec 2023 20:56
Filippin sahillərində 6,4 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 67,5 min nəfər əhalisi olan Bisliq şəhərindən 55 km şimal-şərqdə, 64 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
***
18.52
Filippin sahillərində zəlzələ olub.
APA TASS-a istinadən xəbər verir ki, zəlzələnin Butuan şəhərindən 110 km cənub-şərq istiqamətində baş verib
Yeraltı təkanların maqnitudası 7.5 olub.
Dağıntılar haqqında məlumat verilməyib.
Sunami təhlükəsi elan edilib.