Parisdə silahlı hücum olub, bir nəfər ölüb, 2 nəfər yaralanıb

Tarix: 03 Dec 2023 03:29

Parisdə bıçaqlı hücum nəticəsində bir nəfər ölüb, 2 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə “France-Presse” Fransanın daxili işlər naziri Jerar Darmaninə istinadla məlumat verib.

Hücum edən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. O, Fransa vətəndaşıdır və psixi pozğunluqlardan əziyyət çəkir.

Xəbər Lenti