İndoneziyada Merapi dağında 3000 metr hündürlüyündə vulkan püskürüb

Tarix: 03 Dec 2023 18:14

Bazar günü İndoneziyanın Qərbi Sumatra əyalətində Merapi dağında vulkan püskürüb.

APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Milli Fövqəladə Hallar İdarəsi BNPB-nin məlumatına görə, 3000 metr hündürlüyə qədər olan püskürmə zamanı ətrafa vulkan külü yayılıb.

Hündürlüyü 2891 metr olan vulkan yerli vaxtla saat 14:54-də püskürüb və vulkan külünü yüksək intensivliklə yaxınlıqdakı ərazilərə səpələyib.

Səlahiyyətlilər sakinlərə və ziyarətçilərə kraterin 3 kilometr radiusunda hər hansı fəaliyyətlə məşğul olmağı qadağan edib və Merapi dağı üçün ikinci ən yüksək xəbərdarlıq səviyyəsini təyin edib.

Xəbər Lenti