Hindistanda hərbi təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb

Tarix: 04 Dec 2023 10:20

Hindistanın cənubunda hərbi təlim təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələri (İndian Air Forces) “X” platformasında yazıb.

Hindistan HHQ məxsus “Pilatus PC-7 Mk II” təyyarəsi ölkənin cənubundakı Telanqana əyalətinin Medak rayonunda qəzaya uğrayıb.

Qəza zamanı təyyarədə olan pilot və təcrübəçi həlak olub.

Təyyarənin düşdüyü ərazidə mülki şəxslərə və infrastruktura heç bir ziyan dəyməyib.

Xəbər Lenti