Cümə axşamı, 2 İyul, 2026
Tarix: 02 Jul 2026 11:10
Sabah Ukraynanın paytaxtı Kiyevdə matəm elan edilib.
APA xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko bildirib.
Onun sözlərinə görə, iyulun 3-də Rusiyanın Kiyevə genişmiqyaslı hücumu nəticəsində ölənlərin xatirəsinə matəm günü elan edilib.
Matəm günü paytaxt Kiyevdə dövlət bayraqları endiriləcək, əyləncə xarakterli tədbirlər keçirilməyəcək və həlak olanların xatirəsi ehtiramla yad ediləcək.
Son məlumata əsasən, Rusiyanın Kiyevə genişmiqyaslı hücumu nəticəsində 13 nəfər ölüb, 86 nəfər isə yaralanıb.
İlqar Xudiyev matəm günü Vitali Kliçko Kiyev meriMənbə: apa.az