Şənbə, 4 İyul, 2026
Tarix: 04 Jul 2026 16:33
İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneini ABŞ-la danışıqlara razı salan ölkə prezidenti Məsud Pezeşkian olub.
Bu barədə “The New York Times” İran rəsmilərinə istinadən xəbər verir.
Mənbələrin bildirdiyinə görə, Pezeşkian ABŞ-ın dəniz blokadası səbəbindən İran iqtisadiyyatının iflas etməyə yaxın olduğu və ABŞ-la danışıqlara razılıq verilməsə, özünün istefa verəcəyi ilə bağlı xəbərdarlıq edib.
Bundan başqa, Mərkəzi bankın müdiri də İranda həftələr ərzində ərzaq və dərman çatışmazlığı yarana biləcəyini deyib.
Bundan sonra Xamenei danışıqlara razılıq verib.
Lakin o, ABŞ-la razılaşmanın prinsipcə əleyhinə olduğunu, yalnız Ali Milli Təhlükəsizlik Şurası razılıq verərsə, özünün də razılaşacağını bildirib.
Qeyd edək ki, ABŞ və İran arasında danışıqlar nəticəsində iyunun 17-də İslamabad memorandumu imzalanıb.
Tərəflər arasında yekun razılaşmanın imzalanması üçün danışıqları davam etdirmək qərara alınıb.
Toğrul Quluzadə İran Xamenei Pezeşkian danışıqlarMənbə: apa.az