İran XİN Suriyada SEPAH-ın 2 üzvünün öldürülməsinə münasibət bildirib

Tarix: 04 Dec 2023 12:18

“Suriyadakı məsləhətçi qüvvələrimizin öldürülməsini cavabsız qoymayacağıq”.

APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bugünkü brifinqdə bildirib.

“İran regionda maraqlarına qarşı istənilən hücuma cavab verəcək. İranın maraqlarına, təhlükəsizliyinə və Suriyadakı məsləhətçi qüvvələrimizə qarşı heç bir addım cavabsız qalmayacaq”, - o deyib.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçisi Korpusunun (SEPAH) iki üzvü - Məhəmmədəli Ətai Şorçe və Pənah Tağızadə Suriya İslami Müqavimət Cəbhəsində məsləhət missiyasını yerinə yetirərkən İsrail ordusu tərəfindən öldürülüb.

Xəbər Lenti