Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb

Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb

Tarix: 04 Jul 2026 18:10

Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb.

APA xəbər verir ki, bu barədə Rusiyanın xaricdə humanitar əməkdaşlıq üzrə federal agentliyinin rəhbəri İqor Çayka yerli mediaya məlumat verib.

Onun sözlərinə görə, Rus Evinin nümayəndəsi fəaliyyətini bundan sonra Rusiyanın Moldovadakı səfirliyinin tərkibində davam etdirəcək.

Qeyd edək ki, 2025-ci ilin sonunda Moldova Xarici İşlər Nazirliyi parlament seçkilərindən sonra münasibətlərin gərginləşməsi və diplomatların qarşılıqlı qaydada ölkədən çıxarılması fonunda Rusiya ilə mədəniyyət mərkəzlərinin fəaliyyəti haqqında hökumətlərarası sazişin müddətini uzatmayıb.

Mənbə: apa.az

Xəbər Lenti