Netanyahu: ABŞ və İsrail birlikdə olduqda azadlıq daha da güclənir

Netanyahu: ABŞ və İsrail birlikdə olduqda azadlıq daha da güclənir

Tarix: 05 Jul 2026 00:57

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə yayımladığı təbrik mesajında ABŞ prezidenti Donald Trampı və ABŞ xalqını əziz dostlar adlandırıb.

APA xəbər verir ki, o, İsraillə ABŞ-ın eyni taleyi paylaşdığını və iki ölkənin dünyada azadlığı birlikdə qorumağa davam edəcəyini vurğulayıb.

"Fərqli qitələrdə yaşasaq da, aramızda möhkəm bağ var. Çünki taleyimiz birdir. Biz bilirik ki, azadlıq heç vaxt hədiyyə edilmir. Onu daim qorumaq lazımdır. ABŞ müasir dünyanın gördüyü ən böyük azadlıq gücü olub. İsrail onun yanında dayanmaqdan və sizinlə eyni cəbhədə olmaqdan qürur duyur. Çünki ittifaqımız təkcə ortaq maraqlara deyil, həm də ortaq dəyərlərə əsaslanır", - Netanyahu deyib.

Netanyahu daha sonra həmin dəyərlərin təzyiq altında olduğunu vurğulayaraq sözlərinə belə davam edib:

"Qarşılaşdığımız tiranlar “Amerikaya ölüm”, “İsrailə ölüm” şüarları səsləndirirlər. Onlar azadlığın və demokratiyanın zəif olduğunu düşünürlər. Amma yanılırlar. Çünki ABŞ və İsrail birlikdə olduqda azadlıq daha da güclənir. Birlikdə azadlığı, ortaq sivilizasiyamızı qoruyuruq və tanrının köməyi ilə azadlıq tiraniya üzərində qələbə çalacaq".

Tramp ABŞ İsrail Netanyahu

Mənbə: apa.az

Xəbər Lenti