Türkiyədə Qara dəniz sahilində PUA aşkarlanıb

Türkiyədə Qara dəniz sahilində PUA aşkarlanıb

Tarix: 05 Jul 2026 10:16

Türkiyədə Zonquldağda Qara dəniz sahilində pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.

Bu barədə İhlas” agentliyi məlumat yayıb.

Polis PUA-nın aşkarlandığı Çaycuma rayonunun Filyos qəsəbəsində Qara dəniz sahilində genişmiqyaslı təhlükəsizlik tədbirləri görüb.

Hərbi təyinatlı olduğu ehtimal edilən PUA ilə əlaqədar aparılacaq texniki ekspertizadan sonra rəsmi açıqlama veriləcəyi gözlənilir.

Türkiyə Qara dəniz PUA

Mənbə: apa.az

Xəbər Lenti